Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təsis edilən və 2022-ci ildən nəşr olunan "Azərbaycan Prokuroru" elmi hüquq jurnalı üçün tam funksional vebsayt hazırlanmışdır. Jurnal, Prezident yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısına daxildir.
Layihə 3 həftə ərzində tamamlanmışdır. İctimai interfeys Next.js, admin panel isə React əsasında qurulmuşdur. Sayt vasitəsilə cari jurnal nömrəsinə aid məlumatlar idarə olunur, keçmiş nömrələr arxiv şəklində təqdim edilir və məqalə təqdimetmə prosesi e-poçt üzərindən idarə edilir.
Texnologiyalar
İctimai interfeys: Next.js
Admin panel: React
Backend: Node.js / Express.js
Verilənlər bazası: MongoDB
Əsas xüsusiyyətlər
- Müasir və peşəkar UI dizayn
- Cari jurnal məlumatlarının idarəetmə sistemi
- Jurnallar arxivi
- Məqalə idarəetmə sistemi (e-poçt üzərindən)
Əlavə məlumat
- Müddət: 3 həftə
- Domen: apj.az
- Xidmət: Hazırlanma + Aktiv Texniki Dəstək